Bakı-Şamaxı yolunda avtomobil 56 yaşlı kişini vurub


Bakı-Şamaxı yolunda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Şəffaflıq.az-ın məlumatına görə, 1966-cı il təvəllüdlü Salmanov Səməd Fərrux oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}