Sükan arxasında yuxulayan sürücü qəzaya səbəb oldu: Ölən var



Sabirabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Toyota” markalı avtomobillə “Mercedes-Benz” markalı avtomobillərin toqquşması nəticəsində birinci maşının sürücüsü, Füzuli rayon sakini, 1983-cü il təvəllüdlü Eldəniz Kərimov hadisə yerində ölüb.

Digər sürücü 1988-ci il təvəllüdlü İbişov Rabil Nadir oğlu isə Şirvan şəhərində yerləşən xəstəxanaya yerləşdirilib.

Avtoqəzanın baş verməsinə sürücülərdən birinin sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}