Şəkidə ağır qəza: Üç baş camışı vurandan sonra yoldan çıxan mikroavtobus ağaca dəydi



Şəkidə “Mercedes Vito” markalı mikroavtobus qəzaya düşüb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.

Qax istiqamətində hərəkətdə olan Balakən sakini Yaşar Süleymanova məxsus sərnişin daşıyan mikroavtobus yolla hərəkət edən 3 baş camışı vurub.

Qəzadan sonra avtomobil yoldan çıxaraq ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olanlar ciddi xəsarət almayıb, üç baş camış tələf olub.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}