Günün qoroskopu: Tənhalıq, tərki-dünyalıq hisslərindən qurtulun.


Şəffaflıq.az  dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Günün ilk yarısında işlərinizdə uğur əldə etmək istəyirsinizsə, problemlərin həllinə qeyri-standart yanaşın. Adi günlər effekt verən metodlar bu gün yararsızdır. Çətinliklər böyük sürətlə peyda olacaq.

Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərinizi daha intellektual edin. Ailə problemlərini məntiqlə həll edin. Axşam saatlarında hobbinizə vaxt ayıra bilərsiniz.

Normal istirahət edin.

Buğa - Mühüm işlərə başlamazdan əvvəl yaxşı hazırlıq görün. İmkan varsa, zəhmətkeş və etibarlı yardımçılar tapın. Gərəkli dəstəyi alın. Bütün işləri qısa vaxtda başa vurmağa çalışmayın. Rutin, gündəlik məsələlərin çözümünə xüsusi diqqət ayırın.

Günün ikinci yarısı daha irimiqyaslı işlər üçün münasibdir. Şəxsi münasibətlərdə dəyişikliklər vədəsi yetişib. Gərəksiz əlaqələrdən qurtulun.

Ötənləri xatırlayıb köks ötürməyin.

Əkizlər - Dönüş zamanıdır. Məcazlara aldanmayın, təhkiyələrə uymayın. Önəmli qərarlardan qaçmayın. Məhdudiyyətlərin sayını artırmayın. Yeniliklərə də aludə olmayın.

Sınanmış metodlardan, özünü doğrultmuş üsullardan yararlanın.

Günün ikinci yarısında zərurət yaranarsa, yeni ideyanı işlək formaya salın. Bəzi işləri dayandırmaq və ya təxirə salmaq olar.

Maliyyə məsələləri üçün uğurlu zaman deyil. Axşam saatları alış-veriş üçün əlverişlidir.

İntuisiyanızın səsini dinləyin.

Xərçəng - Şəxsi münasibətlər üçün ağır zamandır. Mənasız söhbətlərə qatılmayın. Qətiyyət və iradə tələb olunan situasiyalarda tərəfdaşınıza yardım edin.

Emosiyalarınız tündləşməsin. İşgüzar məsələlərin həllində emosional olmayın. Kompromislər zamanı deyil. Sürəkli qaydada geri çəkilsəniz, sizi zəif və iradəsiz insan sayacaqlar.

Günün ikinci yarısında hərəkət istiqaməti dəyişəcək. Dəyişikliklərə nəzər salın, təmayüllərə fikir verin.

Axşam saatlarına yaxın situasiya aydınlaşacaq. Planlarınızın qurulma konstruksiyasını, kiminlə işləyə biləcəyinizi müəyyənləşdirə biləcək suallara cavab alacaqsınız. Qəfil tapıntı olacaq.

Dostlarla ünsiyyətdə əhvalınız normallaşacaq. Diqqətli və qayğıkeş olun.

Şir - Sözlərinizə diqqət edin, spontan qərarlar verməyin. Günlə bağlı planlarınız kənar təsirlər nəticəsində təxirə düşə bilər. Manevr imkanlarınızdan bəhrələnin.

Təmaslarda təşəbbüskar olun, maraqlarınızı tam təmin etməyə çalışın. Yaxşı düşünülmüş və səbatlı özülü olan işlərdə irəliləyə bilərsiniz. Fəaliyyət üçün gərəkli səviyyədə rahat şərait yaradın.

Günün ikinci yarısında ilk baxışdan maraqlı təsir bağışlayan təkliflərə aldanmayın. Puç ümidlər sizi yanlış yola yönəltməsin.

Yeni eksperimentlər zamanı deyil. Stabilliyinizə real təhdid yaradan vəziyyətlərdə inadkar olun. Əsla geri çəkilməyin.

Qız - Önəmli məsələ ilə bağlı qərar verməzdən əvvəl situasiyanı hərtərəfli şəkildə təhlil edin.

Yeni ideyalar, mövzular, insanlar istisna deyil. Planlaşdırdığınız istiqamətdə qətiyyətlə hərəkət edin.

Problemli sahəni maneələrlə sədlərdən təmizləyin.

Günün ikinci yarısında əlavə gəlir mənbəyi istisna deyil. Bir qədər əvvəl əldə edilmiş razılaşmanı rekonstruksiya edin. İşlərdə əsla tələsməyin. Qüvvələr düzümü, planlar və rollar axşam saatlarına yaxın dəyişəcək.

Kollektivdəki situasiya sizi qıcıqlandıra bilər. Sərt reaksiya verməzdən əvvəl təfərrüatlardan hali olun.

Tərəzi - Süst olmayın, laqeydliyə qapılmayın. Apatiya bu gün sizin düşməninizdir. Başladığınız işləri yarımçıq qoymayın. Yaşananları diqqətlə müşahidə edin. Emosiyalara qapılmayın, güzəştlərə meylli olun.

Genişmiqyaslı fəaliyyət anına ciddi hazırlaşın.

Günün ikinci yarısında yaxın perspektivə hesablanmış fəaliyyətin variantlarını şərik və tərəfdaşlarla müzakirə edin. Təşəbbüskar olun, lider mövqelərinə yiyələnin. Mövqeləriniz güclü olarsa, rəqibləri geridə qoya bilərsiniz.

Axşam saatlarında gəzintiyə çıxın.

Əqrəb - Hər şey göründüyü qədər sadə deyil. Buna rəğmən uğur vəd edən zamandır. Gərəkli işləri sürətlə başa vurmaq üçün var qüvvənizlə çalışın. Məsələləri vaxtında həll edin. Maraqlandığınız məsələlərlə bağlı mümkün qədər çox, geniş məlumatlar əldə edə bilsəniz, özünüzü təhlükəsizlikdə hiss edəcəksiniz.

Günün ikinci yarısında ideyalarınızı tərəfdaşlarınızla müzakirə edin. Bəzi layihələrə yenidən qayıtmaq olar. Öhdəlikləri və görüləsi işləri paylaşın. Mümkün qədər çox fiziki iş görməyə can atmayın. Ehtiyatlı, sayıq olun.

Əmlak, maliyyə, vərəsəlik məsələlərini həll etmək olar. Yardıma ehtiyac duyana kömək edin.

Oxatan - Heç nədə ifrata varmayın. Maliyyə məsələlərində qənaətli olun. Emosiyalarınıza nəzarət edin. Mübahisəyə, şayiələrə, münaqişələrə qatılmayın.

Yaşamınızda indi müəmmalı, sirli nüanslar artır. Onlardan qurtulmaq asan deyil. Dəyər verdiyiniz insanları aldatmayın. Üzrxahlıq xətadan betər olmamalıdır.

Anlaşmaları yerinə yetirin.

Günün ikinci yarısında zidd maraqların toqquşması qaçılmazdır. Problemlərin həlli mövcud situasiyanın göstərdiyindən də dərindədir. Effektiv olmayan təmaslardan uzaq durun. Sürətli və dəqiq qərarlar qəbul etməlisiniz.

Axşam saatlarında duruma nəzarət edin.

Oğlaq - Günün ilk yarısında işlərinizdə aktivləşmə müşahidə olunacaq. Cari mükəlləfiyyətlər və işlər çərçivəsində qalın. Resurs qıtlığı yarana bilər.

Maliyyə vəsaitlərinizi bir daha hesablayın. Səhhətinizə fikir verin, əks halda orqanizminizdə homeostaz yaşana bilər.

Günün ikinci yarısında qərarlarınız düşünülmüş, məntiqli olmalıdır. Konkret situasiya ilə bağlı, yaxın perspektivi də düşünün.

Fiziki işlərdə xeyir var. Əhvalınız dəyişəcək. Təşəbbüskar olun, toplantı və müzakirələrə qatılın. Daxili protestinizə effektiv izhar yolu seçin.

Hadisələrin inkişaf məcrasını təxminləməyə çalışın.

Dolça - Günün ilk yarısı karyera məsələləri ilə məşğul olmaq üçün əlverişli zamandır. Müəyyən proseslər dəyişir. Yeni ideyalar, təmayüllər və təklifləri nəzərə alın.

Yaxın ətrafınızdakı insanların müqavimətini hiss etsəniz, təkid və təzyiq etməyin. Çalışdığınız şəxslərlə işbirliyini möhkəmləndirin.

Günün ikinci yarısında kollektivdə aktivlik artacaq. Yerdəyişmələr, xəbərlər az deyil. Maraqlarınızın təminatına çalışın. Xəbərlərin müzakirəsinə və mübahisələrə çox vaxt ayırmayın.

Əlverişli situasiyada süst davranmayın. Oyun qaydalarına riayət edin, öhdəlikləri unutmayın. Vədlərinizi gerçəkləşdirin.

Balıqlar - Günün ilk yarısında qarşılaşacağınız problemlərin həllində rasional yanaşma ilə bahəm, intuisiya da dadınıza çatacaq. Narahat durum, qarışıq gündür. Stress şəraitində çalışmalı olacaqsınız. Bu, əhvalınızın korlanmasına, səhhətinizdə problemlərin yaranmasına səbəb ola bilər.

Günün ikinci yarısı qəflətən yaranan maneəni dəf etmək üçün intellektual imkanlarınızı işə salın. Tapmacanın cavabını tapmaq məcburiyyətində qalacaqsınız. Axşam saatlarına yaxın dəyər verdiyiniz insanlarla ünsiyyəti intensivləşdirin. Tənhalıq, tərki-dünyalıq hisslərindən qurtulun.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}