"Meyvə yeyin, su için, yuxusuz qalmayın və siqaretdən uzaq olun"


 

Mövsüm dəyişiklikləri hər zaman sağlamlıq üçün müəyyən problemlər yaradır. Qışı yola salıb, baharı qarşılayırıq. Bu dövrdə sağlamlığınıza daha çox diqqət etməlkisiniz. Çünki yaz xəstəliklərinə yoluxa bilərsiniz.


Yaz aylarında daha çox üst tənəffüs yolları xəstəlikləri ilə qaşrılaşırıq. Bura soyuqdəymə, allergiya, qrip və s. aiddir. Mövsüm dəyişikliyi səbəbilə havalarda anidən isinmə və ya soyumalar baş verir. Yağış, günəş, küləklər insan orqanizmini gücsüzləşdirir və xəstələndirir.

Həkim terapevt Məlahət Abbasova mətbuata müsahibəsində bildirib ki, bu dövrdə qrip, sizüzit, boğaz ağrısı, qulaq ağrısı və s. xəstəliklər müşahidə edilir. Bu xəstəliklərə yolxumamaq üçün isə, hazırlıqlı olmaq lazımdır. “Məsələn, evdən çıxdığınız zaman bir neçə geyim geyinin, hava dəyişkənliyinə görə, siz onları çıxara bilərsiniz. Gün ərzində bolluca meyvə yeyin, su için, yuxusuz qalmamağa çalışın və siqaretdən uzaq olun”.

Həkim qeyd edir ki, bu dövrdə daha çox allergik rinitə daha çox rast gəlinir. Yaz mövsümü ağacların tozlanması mövsümü olduğu üçün bir çox insanlarda allergiyaya səbəb olur. Bahar mövsümündə allergiyadan qorunmaq üçün isə, maska taxmaq tövsiyyə edilir.

“Allergik rinitlərlə mübarizənin yolları maska taxmaq, bitki çayları içmək və çox miqdarda meyvə-tərəvəz yeməkdən keçir” - deyə həkim bildirib.

Allergik astma

Astma xəstəliyindən əziyyət çəkənlər kifayət qədəridr. Bu xəstəliyə yoluxmamaq üçün yorucu fəaliyyətlərdən qaçmalı, dərman və müalicəni davamlı şəkildə həyata keçirmək lazımdır. Yaz aylarında mədə xəstəlikləri də üzə çıxır. Qastrit, mədə yarası, mədə yanması, qıcqırma və s. bu kimi xəstəliklər daha çox bahar aylarında müşahidə edilir. Bunun qarşısını almaq üçün isə, qida rasionunu bahar aylarına uyğunlaşdırmaq lazımdır. Qarında, mədədə ağrı, şişkinlik, qusma, mədə bulantısı, ağızca acı suyun gəlməsi, gecə yuxudan oyandıra biləcək qədər güclü ağrı müşahidə edilə bilər. Mədə xəstəliklərindən qorunmaq üçün qızartma, yağlı və ədviyyatlı qidalardan uzaq olmaq lazımdır. Qəhvə və qazlı içkilər də mədə ağrısına səbəb olur. Mədə xəstəliyinə yoluxmamaq üçün gün ərzində tez-tez və az-az yemək lazımdır.

Yaz yorğunluğu

Mövsüm dəyişikliyi zamanı meydana gələn metobolizma dəyişiklikləri xəstəliklərə yol açır. Bu vəziyyət gündəlik həyata çox böyük təsir edir.

“Bütün gün yorğun hiss etmə, halsızlıq, daim yatma istəyi mövsüm yorğunluğunun əsas şikayətlərindəndir. Yorğunluğu aradan qaldırmaq üçün mütəmadi olaraq gəzmək, idmanla məşğul olmaq, düzgün qidalanma, bol-bol vitamin və mineral qəbul etmə, su içmək, spirtli içkilərdən və siqaretdən uzaq olmaq lazımdır” - deyə həkim bildirib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}