Bu gün şəhid olan polkovniklər Vətən Müharibəsi iştirakçıları imiş

 Xəbər verdiyimiz kimi, bu gün DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Şəffaflıq.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qəza nəticəsində həlak olan yüksək rütbəli zabitlərimiz - polkovnik Nəzirov Emil Nəzir oğlu və Cavadov Fizuli Əlikram oğlu Vətən Müharibəsi iştirakçılarıdır.


 
Polkovnik Emil Nəzirov "Vətən uğrunda" medalı ilə təltif edilib.
Polkovnik Cavadov Fizuli 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}