Peruda güclü zəlzələ olub, onlarla ev dağılıb

Peruda bazar günü səhər baş verən zəlzələ nəticəsində azı 10 nəfər xəsarət alıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə “El Peruano” qəzeti Milli Mülki Müdafiə İnstitutuna istinadən məlumat yayıb.
Qeyd olunub ki, 11 ev tamamilə dağılıb, daha 99 binaya ziyan dəyib.
Peru prezidenti Pedro Castillo zəlzələdən ən çox zərər çəkən Halka- Qrande şəhərinə gedib. Bundan əvvəl şəhərin meri Valter Kulki bildirib ki, yeraltı təkanlar nəticəsində şəhərdəki evlərin 70%-i zərər görüb.
Qeyd edək ki, bazar günü səhər Perunun şimalında 7,3 bal gücündə zəlzələ baş verib, daha sonra maqnitudası 7,5-ə yüksəlib. Zəlzələnin episentri Barranka şəhərindən 45 km şimal-qərbdə (təxminən 5 min nəfər) və təxminən 117 min nəfərin yaşadığı Loja şəhərindən 269 km şərqdə yerləşib. Zəlzələnin ocağı 110 km dərinlikdə yerləşib, sunami təhlükəsi elan edilməyib.“Report” 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}