Azərbaycan çempionatının oyununda valideynlər hakimlərlə dalaşıb

 14 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatının “Neftçi” İK İB – “Atletico Baku” oyunu zamanı kütləvi qarşıdurma baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, qonaqların icraçı direktoru Xalid Hacıyev komandanın futbolçularının valideynlərini hakimlərə qarşı ədavətə və qəddarlığa vadar edib. Matç bitdikdən sonra isə "Atletico Baku"nun məşqçiləri Namiq Cəfərov və Sərraf Əhmədov hakimləri təhqir edib.
AFFA İntizam Komitəsinin qərarı ilə Hacıyev 6 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Məşqçilər isə 3 oyunluq cəzaya məruz qalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}