Bakıda texniki baxış məntəqələri yeni avadanlıqlarla təchiz edilib

 Bakıda yerləşən texniki baxış mərkəzlərində yeniliklər edilib.
Şəffaflıq.az-ın xəbərinə görə, Sabunçu və Qaradağ rayonlarında yerləşən müayinə mərkəzləri tam yeni avadanlıqlarla təchiz edilib.
Belə ki, hər iki mərkəzdə abadlıq işləri aparılıb, ərazidə yeni yaşıllıqlar salınıb.
Bundan başqa, avtomobilləri texniki baxışa təqdim edən sürücülər üçün gözləmə zalları yaradılıb.
Həm Sabunçu rayonu, həm də Qaradağ rayonu ərazisində yerləşən texniki baxış məntəqələri həftəsonları, eləcə də bayram günləri də adi günlərdəki kimi fəaliyyət göstərir.
Texniki baxışa təqdim olunan hər bir nəqliyyat vasitəsi müasir avadanlıqlarla yoxlanılır və bütün qüsurlar burada aşkar edilir. Daha sonra sürücüyə elektron qaydada texniki baxış talonu verilir. Növbəti il həmin qüsurlar yenidən aşkar edildikdə avtomobil texniki baxışdan keçirilmir.
Sürücülərə xidmət göstərən personal xüsusi geyimlərdə və pandemiya qaydalarına uyğun olaraq fəaliyyət aparır.
Bu il ilk dəfə olaraq Bakıdakı texniki baxış mərkəzlərində sürücülər üçün “Qaynar xətt” (012 511-08-40) yaradılıb. “Qaynar xətt” vasitəsilə avtomobilin texniki baxış vaxtını, qayda pozuntularını, avtomobilə aid cərimələri, hansı qüsurların aradan qalıdırılmasını, rüsumu və digər məsələləri öyrənmək mümkündür.







 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}