Tovuzda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub

 Tovuz rayonunda bazarın önündə "VAZ-21015" markalı avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti dəqiqləşib.

Şəffaflıq.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyada Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Fazilə Cəfərovadır. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. F.Cəfərovanın meyiti tibbi ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi başlanıb.

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayondakı bazarın qarşısında qeydə alınıb.

Avtomobillə vurulan qadın piyada xəstəxanaya aparılan zaman aldığı xəsarətlərdən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}