Azərbaycanda polis generalı vəfat edib

 Azərbaycanda polis generalı vəfat edib.

Şəffaflıq.az-ın xəbərinə görə, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun sabiq rəisi, polis general-mayoru Mehman Təhməzov dünyasını dəyişib.

O, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, M.Təhməzov 2012-ci ildə Azərbaycan İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyin edilib. 2019-cu ildə o, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}