Bakıda körpəsini boğaraq öldürən şəxsin məhkəməsi başlayır

 Bakıda qətl törətməkdə təqsirləndirilən Vüsal Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Şəffaflıq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu il mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Məlumata görə, hadisə gecə saat 3 radələrində olub. Evə əlində pivə ilə gələn V.Əliyev körpəsini boğaraq öldürüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}