27 sentyabr Anım Günü

 
Tarixi mənbələr sübut edir ki, erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı törətdiyi düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır.
 
Bu düşmənçilik siyasətinin bir məqsədi olub:

 İşğal olunmuş torpağlarımız hesabına "Böyük Erməni dövləti" yaratmaq, Azərbaycanlıları ata-baba yurd-yuvalarından qovmaq. Buna görə də,  onlar xalqımıza qarşı daim millətçilik, şovinizm ruhunda tərbiyyə olunmuşlar. XX əsrdə xalqımız dəfələrlə soyqırım və deportasiyaya düçar olmuşdur. "Böyük Ermənistan xülyası ilə yaşayan ermənilər 1905-1907, 1918-1920, 1930-1939, 1948-1953, və 1988-ci ilıət ərzində iki milyondan çox Azərbaycanlının kütləvi şəkildə deportasiya olunduğu soyqırımı törətmişlər. 
   Xalqımıza qarşı törədilən bu qəddar zorakılığa yalnız 50 il keçdikdən sonra Ümumilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqı qiymət verildi. Ümumilli Lider Azərbaycan tarixinin araşdırılması və tarixi faktlara düzgün qiymət verilməsi üçün çox sayda fərman və sərəncam imzaladı. 1997-ci il  dekabrın 18-də Azərbaycan Respublikası  Prezidenti Heydər Əliyevin imzaladığı fərmanla 1948-1953-cü illərdə Ermənistandan  Azərbaycanlıların kütləvi deporyasiyası etnik təmizləmə və soyqırımı siyasəti kimi qətiyyətlə pisləndi. 1998-ci il 26 mart tarixində dahi rəhbərin imzaladığı digər böyük tarixi fərmanla "31mart Azərbaycanlıların Soyqırımi Günü" elan edildi.
   " Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycana qarşı zaman-zaman törədilən bu cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyyə etmək mühem vəzifədir." Deyən Ulu öndər Heydər Əliyev Azərbaycanlıları qəflət yuxusundan oyatdı və xalqa başa saldı ki, ən yaxşı vətəndaş öz milləti və vətəninin rifahı naminə çalışmalıdır. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüşdür. 
  Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi cinayətlərdən ən dəhşətlisi isə xalqımızın qan yaddaşına əbədi həkk olan "Xocalı faciəsi"dir. 940 kv km əraziyə və 7000 əhaliyə malik olan Xocalı şəhəri 1992-ci il fevral ayının 25 - dən 26- na keçən gecə azğınlaşmış erməni faşistlərinin hücumuna məruz qaldı. Erməni terrorçularının şəhərdə törətdiyi faciə nəticəsində 613- nəfər Xocalı sakini qətlə yetrildi, 1275 nəfər əsr götürüldü, 100-dən artıq sakin yaralandı və şikəst oldu. Sakinlərin misli görülməmiş qəddarlıqla öldürülməsi, diri-diri yandırılması, başlarının dərisinin soyulması, gözlərinin çıxarılması azğınlaşmış erməni quldurlarının törətdiyi ən qəddar cinayətlər sıyahısında yer alır. Faciəyə hüquqi-siyasi qiymət Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 24 fevral 1994-cü ildə keçirilən iclasın "Xocalı soyqırımı haqqında qərarı ilə verilmişdir. Ulu Öndər Xocalı soyqırımı haqqında demişdir: Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. 
    Ərazisinin 20%- nin işğal altında olmasına və bir milyondan çox əhalisinin ata-baba yurdundan didərgin düşməsinə baxmayaraq, Azərbaycan münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çalışdı. BMT təhlükəsizlik şurası tərəfindən qəbul olunmuş, erməni quldurlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələr yalnız kağız üzərində qaldı. Ermənilər işğalçı siyasətini davam etdirərək daima ərazilərimizdə təxribat törətmiş, dinc əhaliyə atəş açmışlar.
  İşğal nəticəsində Azərbaycana vurulan maddi və mənəvi  zərər  olduqca böyükdür. Ölkə iqtisadiyyatına ciddi ziyan vuruldu, mədəni-tarixi abidələr məhv edildi, Şuşa tarix muzeyi, Laçın  rayonunda Ağaoğlan məbədi, Xocalıdakı Əsgəran qalası və digər mədəniyyət ocaqları dağıdılıb talan olundu. Azərbaycan musiqisinin böyük xadimləri Üzeyir Hacıbəyovun, Bülbülün, Xurşudbanu Natavanın heykəlləri vəhşicəsinə güllələnmişdir. Azərbaycan ordusunu müstəqil dövlətimizin memarı Heydər Əliyev formalaşdırmışdır.Onun 1993-cü ildə respublika rəhbərliyinə qayıdışı ordu quruculuğunda ciddi nəticələrə gətirib çıxartdı.Nizami ordunun yaranması prosesinə başlandı.  Azərbaycan ordusunun qurulması,inkişafı dahi rəhbərin yorulmaz fəaliyyətinin məntiqi nəticəsidir.  Bu gün bu ordu Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasəti nəticəsində daha da, möhkəmlənib və güclənib. 44 günlük Vətən müharibəsindəki şanlı qələbə bütün dünyaya ordumuzun qüdrətini dir daha nümayiş etdirdi və sübut etdi ki, o, istənilən vəzifəni icra etməyə qadirdi. Azərbaycan ordusu nəinki bölgədə həm hərbi potensialına həm döyüş qabiliyyətinə görə dünya miqyasında güclü ordular sırasındadır!
  30 ildən artıq düşmən işğalı altında qalmış torpaqlarımızın azad edilməsi Azərbaycan xalqının özünə inamını artırdı, xalqın öz liderinə olan etibarını daha da möhkəmləndirdi. Ön cəbhədə gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirən əsgər və zabitlərimizlə bərabər arxa cəbhədə birlik, əzmkarlıq nümayiş etdirən xalq bir yumruq kimi birləşərək, həmrəylik nümayiş etdirdi. Nəticədə 44 günlük müharibə Azərbaycanın parlaq qələbəsi və Ermənistanın biyabırçı məğlubiyyəti ilə başa çatdı.
  Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş  şəhid ailələrinə və qazilərə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Onların mənzil-məişət şəraitləri yaxşılaşdırılır, müalicələri üçün realibitasiya mərkəzləri açılır və xarici ölkələrə göndərilirlər.
Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərmiş , doyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirmiş hərbi qulluqçular cənab prezident İlham Əliyevin sərəncamı ilə orden və medallarla təltif olunmuşlar.Ölkə başçısının 8 dekabr 2020-ci il tarixində " Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında " fərmanı ilə "Yaşat Fondu " yaradılmışdır.Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış , ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə və  şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü qeyd edilməsi haqqında sərəncam imzalamışdır.
  Bütün yüksəkliklərdən ucada dayanan şəhidlik zirvəsinə ucalan Azərbaycanın mərd, igid oğullarının xatirəsini dərin ehtiram və qürur hissi ilə yad edir, onların ruhu qarşısında baş əyirik.
 Allah rəhmət eləsin!
Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}