Futbol matçında azarkeşlər meydana girib, referinin avtomobili yandırılıb

 Bosniya və Herseqovina Premyer Liqasında X turun "Veleş" - "Borats" oyununda insident baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, 82-ci dəqiqədə - qonaqların vurduğu 2-ci qoldan sonra meydana girən yerli azarkeşlər matçın baş hakiminə hücum ediblər. "Veleş"in məğlubiyyətində referini günahlandıran azarkeşlər çətinliklə sakitləşdiriliblər. Görüş "Borats"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İnsident final fitindən sonra da davam edib və fanatlar baş hakimin tunelin qarşısında dayanmış avtomobilini tamamilə yandırıblar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}