Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib

 Yaponiyanın Tokaido bölgəsinin cənub sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Şəffaflıq.az xəbər verir ki,Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, zəlzələ ölkənin şərqində Sakit Okeanla üzbəüz olan Tokaido bölgəsinin cənub sahillərində qeydə alınıb.
Yerli vaxtla saat 07: 46-da 450 kilometr dərinlikdə qeydə alınan 6,2 bal gücündə zəlzələ Tokioda və ətrafdakı Saitama, Kanagava və Çiba əyalətlərində hiss edilmişdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}