"Əhalinin sağlamlığının qorunması haqqında” qanuna yenidən baxılacaq

“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna bütövlükdə yenidən baxmağı planlaşdırırıq".
Bunu parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.
O deyib ki, bu qanun uzun illər əvvəl qəbul olunub: "Həmçinin qanuna çoxlu sayda əlavə və dəyişikliklər edilib. Ona görə də bu sənədə bütövlükdə baxacağıq".
Qeyd edək ki, hazırda qüvvədə olan “Əhalinin sağlamlığının qorunması haqqında” qanun 1997-ci ildə qəbul edilib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}