Samux sakini bıçaqlanıb

 Samux rayon sakini həmkəndlisini bıçaqlayıb.
Şəffaflıq.az məlumatına görə, rayonun Kolayr kənd sakini, 21 yaşlı Raqif Vaqif oğlu Balakişiyev mübahisə zəminində bıçaqlanıb.
Bir bıçaq yarası alan şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onu bıçaqlamaqda şübhəli bilinən şəxs, 1994-cü il təvəllüdlü Pərviz Xəlilov isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}