NATO "Taliban"ı əcnəbilərin ölkəni tərk etməsinə mane olmamağa çağırıb

NATO-ya daxil olan ölkələrin xarici işlər nazirləri Əfqanıstanla bağlı bəyanat qəbul edib.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, birgə bəyanat Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə iclasdan sonra qəbul olunub.
Bəyanatda deyilir: "İndi bizim ilk vəzifəmiz vətəndaşlarımızın, tərəfdaş ölkələrin vətəndaşlarının və hazırda risk altında olan əfqanların təhlükəsiz şəkildə təxliyəsini təşkil etməkdir. Əfqanıstandakı indiki hakimiyyəti əcnəbilərin ölkəni rahat şəkildə tərk etməsinə mane olmamağa çağırırıq".
O da bildirilir ki, indiki hökumət Əfqanıstanın beynəlxalq öhdəliklərinə riayət etməli, əfqanların insan hüquqlarını qorumalı, humanitar girişə mane olmamalıdır.
NATO XİN başçıları qətiyyətlə və həmrəy şəkildə terrorla mübarizəyə sadiq olduqlarını vurğulayıblar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}