Çindən İrana 1 milyon 100 min doza vaksin gətirilib

İranın sifariş verdiyi koronavirusa qarşı 1 milyon 100 min dozalıq vaksin Çindən ölkəyə gətirilib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin sədri Kərim Himməti məlumat verib.
Bildirlib ki, vaksinlər aeroportda Səhiyyə Nazirliyinə təhvil verilib.
K.Himməti İranın bu vaxta kimi 17 milyon 60 min doza vaksin idxal etdiyini də açıqlayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}