Əfqanıstanın vitse-prezidenti: "Dövlət başçısı vəzifəsini icra edirəm"

 

Əfqanıstanın vitse-prezidenti Əmrulla Saleh dövlət başçısı vəzifəsini icra etdiyini bildirib.

APA-nın məlumatına görə, Ə. Saleh “Twitter” paylaşımında qeyd edib ki, dövlət başçısı olmadığı şəraitdə bu vəzifəni o icra edir.
Ə. Saleh nəzərə çatdırıb ki, Konstitusiyaya əsasən, Prezident olmadığı, qaçdığı, yaxud öldüyü şəraitdə vitse-prezident onun səlahiyyətlərini icra edir: “Mən Əfqanıstandayam və qanuni olaraq bu vəzifəni icra edirəm”.
Vitse-prezident ölkənin bütün liderlərini ona dəstək verməyə və razılaşdırılmış fəaliyyətə çağırıb. Xalqı radikal “Taliban” Hərəkatına qarşı birləşməyə çağıran Ə. Saleh, heç bir halda silahlılara tabe olmayacağını bəyan edib.
Qeyd edək ki, avqustun 15-də taliblər döyüşsüz paytaxt Kabilə daxil olub və şəhərə nəzarəti təmin ediblər. Prezident Əşrəf Qəni qan tökülməməsi üçün səlahiyyətlərini dayandırdığını bəyan edərək, ölkəni tərk edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}