COVİD-19-dan ölən həkimlərin ailəsinə yarım milyon verilir - Qərar əcnəbilərə də aiddir

Səudiyyə Ərəbistanı koronavirus pandemiyası ilə mübarizədə həlak olmuş hər bir tibb işçisinin ailəsinə yarım milyon rial (133 min dollar) ödəməyə başlayıb.
Dövlət mediasının avqustun 8-də yazmasına görə, hökumət, yaxud özəl, mülki, yaxud hərbi tibb sektorunda COVID-19-la mübarizədə həlak olmuş səudiyyəli, yaxud qeyri-səudiyyəlilərə 500 min rial ödənəcək.
SPA dövlət xəbər agentliyi yazıb ki, onlar krallığın vətəndaşları və rezidentlərinin sağlamlığı və təhlükəsizliyinin qorunmasından ötrü həyatlarını qurban veriblər.
İndiyədək ölkədə pandemiyadan 8 min 320 nəfərin vəfat etdiyi bildirilir. Onların neçəsinin tibb işçisi olduğu açıqlanmayıb.
30 milyon əhalisi olan Səudiyyə Ərəbistanında indiyədək 30 milyon dozaya yaxın vaksin vurulduğu bildirilir. Ölkədə hər gün mindən az yoluxma aşkarlanır. Ümumilikdə isə 533 min yoluxma təsdiqlənib. Ölkədə koronavirusdan ilk ölüm 2020-ci il martın 2-də qeydə alınıb. (azadliq.org)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}