Eldəniz Səlimov Binəqədi Rayon Məhkəməsinə gətirilib.

Bu gün toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov Binəqədi Rayon Məhkəməsinə gətirilib.
Şəffaflıq.az-ın xəbərinə görə, o, hakim qarşısına çıxarılacaq.
Məhkəmə E.Səlimov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.
Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}