Yanğınlara məruz qalan Muğlada bu gün 131 zəlzələ qeydə alınıb

 

Muğlanın Datça bölgəsində 4,4 bal gücündə daha bir zəlzələ olub.

APA-nın məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 12:14-də qeydə alınıb.
AFAD-dan verilən məlumata görə, son 12 saatda Egey dənizinin Datça sahilində ən çox təkan 5,5 bal gücündə olmaqla ard-arda 131 zəlzələ baş verib.
Qeyd edək ki, zəlzələ ilə yanaşı Muğlanın Marmaris, Milas rayonlarında və Göyçeğiz qəsəbəsində yanğınlar davam edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}