Gəncədə güllələnmə: polis zabiti yaralandı - YENİLƏNİB - TƏFƏRRÜATI - FOTO

 Gəncədəki yaralanma hadisəsinin detalları bəlli olub.
Şəffaflıq.az oxu.az-a istinadən bildirir ki, yaralanan şəxs 1983-cü il təvəllüdlü polis baş leytenantı Hüseynov Vüqar Ələsgər oğludur.
O, silahla ehtiyatsız davranması nəticəsində özünə xəsarət yetirib.
Dərhal xəstəxanaya çatdırılan zərəçəkmiş təcili əməliyyat edilib, hazırda yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
---------
18:14
Gəncədə güllələnən şəxsin kimliyi müəyyən olunub.

Şəffaflıq.az oxu.az-a istinadən bildirir ki, həmin şəxs Vüqar Hüseynovdur.
Onu yaşadığı ünvanda, Əhməd Cəmil küçəsində güllələyiblər.
V.Hüseynov qarın nahiyəsindən aldığı yara ilə xəstəxanaya yerləşdirilib
---------
17:44
Gəncədə güllələnmə hadisəsi olub.
Şəffaflıq.az oxu.az-a istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər yaralanıb.
O, Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib. Həmin şəxsin Əhməd Cəmil küçəsində yaşadığı bildirilir.
Təfərrüatlar barədə hələ məlumat verilmir.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}