22 iyul - Milli Mətbuat Günü münasibətilə Şamaxı Rayon İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirilib.- FOTO

 22 iyul - Milli Mətbuat Günü münasibətilə Şamaxı Rayon İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirilib.
 
Tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda vermiş Vətən övladlarının və xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 
Şəffaflıq.az xəbər verir ki,tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, ölkəmizdə medianın inkişafı istiqamətində aparılan işlərdən danışaraq onlara yaradıcılıq uğurları arzulayıb.


Çıxış edən jurnalistlər fəaliyyətləri ilə bağlı təəssüratlarını bölüşərək göstərilən diqqətə görə təşəkkür ediblər.
Sonda media nümayəndələrinə Fəxri Fərman və hədiyyələr təqdim edilib.


Tədbirdən sonra jurnalistlərin şərəfinə süfrə açılıb.

 
Şamaxı şəhəri
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}