Şamaxılı Zöhrə nənənin Ulu Öndərlə bağlı xatirələri.- SƏMİMİ SÖHBƏT

 Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 52-ci ildönümü ilə əlaqədar Şamaxı Heydər Əliyev Mərkəzinin işçiləri Şəhriyar qəsəbəsinə gələrək vaxtilə Lenin adına üzümçülük sovxozunun qabaqcıl fəhləsi olan, Ulu Öndərlə iki dəfə görüşən, “Qırmızı Bayraq” ordeni və bir çox mükafatlarla təltif edilən Zöhrə Zamanovanın ailəsində qonaq olublar.
Şəffaflıq.az bildirir ki, Mərkəzin direktoru Könül Eyvazova Zöhrə Zamanovanın böyük şəxsiyyət Heydər Əliyevlə görüşündən aldığı təəssüratlarndan danışıb.  


Zöhrə nənənin dediklərindən: “Dahi rəhbərimiz Heydər Əliyev Şamaxı rayonunda 14 dəfə səfərdə olub. Onun hər gəlişi bizdə yüksək fərəh hissi oyadırdı. Həmin səfərlər zamanı işlədiyim sovxozda mənə də o dahi şəxsiyyətlə görüşmək, yaxından söhbət etmək şərəfi nəsib oldu. O, bizimlə xoş dillə, eyni zamanda, əsl rəhbər kimi söhbət edirdi. Hamı onunla söhbət etməyə can atırdı. O vaxtdan uzun illər keçsə də, Heydər Əliyevlə bu görüşləri unuda bilmirəm. Ulu Öndər briqadamızın bütün üzvləri, o cümlədən mənimlə çox mehriban və səmimi söhbət etdi, işimizlə yanaşı, ailə qayğılarımız və problemlərimizlə də maraqlandı. Görüşlərin birində üzünü mənə tutaraq soruşdu:
- Neçə uşağın var?
- On bir.
- Bir çətinliyin yoxdur ki?

- Yox, Sizin sayənizdə balalarımı vəzifəli şəxslərin uşağından da yaxşı saxlayıram, - dedim.
Heydər Əliyevin mehriban, səmimi insan olduğunu yaxşı bilirdim, ona görə də bir anlıq sükutdan sonra özümdə qüvvə topladım və dedim: 
- Amma, yoldaş Əliyev, Sizin kimi böyük adam üçün iki uşaq azdır axı.
Onun cavabı indi də qulaqlarımda səslənir:
- Niyə elə fikirləşirsən, millətimin bütün övladları mənim balalarım deyilmi?!
Hazırda qocalmışam, amma çox qürur duyuram ki, gənclik illərim məhz o dövrlərə, Heydər Əliyevin ölkəmizə ilk rəhbərliyi dövrünə təsadüf edib. 


Ulu öndər Heydər Əliyevə Allahdan rəhmət diləyir, onun davamçısı Prezidentimiz İlham Əliyevə cansağlığı, uğurlar arzulayıram”.
Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru: Könül Eyvazova
Şamaxı şəhəri
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}