Şamaxıda şəhid Tərlan Amanəliyevin cənnətdəki ilk doğum günü qeyd olundu.-FOTO\VİDEO

 
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Amanəliyev Tərlanın doğum günüdür. 

Şəffaflıq.az xəbər verir ki, bu münasibətlə rayon rəsmiləri və yerli sakinlər şəhidlərin ailə üzvlərinə baş çəkiblər.
Həmçinin şəhidlərin məzarları ziyarət edilib. Onların məzarı üzərinə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.


Şəhid Tərlan Amanəliyev  yaşasaydı indi 26 yaşı olacaqdır.Tərlan Amanaliyev 1995-ci il iyulun 15-də Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub.
2001-2012-ci illərdə A.Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbində təhsil alıb.
Ailəli idi.
Tərlan Amanaliyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin  “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Tərlan Amanaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə  iştirak edib.
Tərlan Amanaliyev oktyabrın 9-da Ağdərə döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Amanaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 
                               
Tədbirdə Şamaxı RİH-nin nümayəndəsi, Şəhriyar qəsəbənin icra nümayəndəliyi, rayon ictimaiyyəti, şəhid ailələri, Qarabağ qaziləri və müharibə veteranları iştirak etmişdilər. Tədbirdə ziyalılar, nümayəndələrlə yanaşı Tərlanı doğulduğu gündən böyüdüb boya-başa çatdıran, hər bir əziyyətini çəkən ata nənəsi Əzəmət nənə də çıxışı ilə hər kəsi kövrəltdi.   
Allah rəhmət eləsin
TƏDBİRDƏN OLAN VİDEONU RƏQDİM EDİRİK:
OPERATOR: M.SƏMƏDOV



Vahid İsmayılov.
Şamaxı 

Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}