İraqda xəstəxanada yanğında ölənlərin sayı 77-yə çatıb, ölkədə matəm elan olunacaq

İraqın cənubunda yerləşən Di-kap əyalətinin Nəsiriyyə şəhərində koronavirusa yoluxan pasiyentlər üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, məlumatı yerli “Al-Hadath” telekanalı yayıb.

Hadisə ilə əlaqədar əyalətin səhiyyə naziri Səddam ət-Tavil istefa verib.

İraqın Baş naziri Mustafa əl-Kazımi ölənlərin xatirəsinin yad edilməsi üçün matəm elan olunması və yanğının araşdırılması üçün xüsusi komissiyanın yaradılması ilə bağlı tapşırıq verib.

Qeyd olunub ki, yanğın zamanı 40 nəfər ölüb, 70 pasiyent xilas edilib. Hazırda onlarla xəstə köməksiz vəziyyətdə qalıb.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}