“Şuşada olmaq böyük şərəfdir” - İsrail səfiri

 “Şuşada olmaq mənim üçün böyük şərəfdir, bu, bir üstünlükdür”.
Şəffaflıq.az-ın məlumatına görə, bunu Şuşada səfərdə olan İsrailin Azərbaycandakı səfiri Corc Dik jurnalistlərə açıqlamasında deyib.
“2019-cu ilin sonunda Azərbaycana gələndə düşünməzdim ki, bu gün mən Şuşada ola bilərəm” deyən Corc Dik bildirib ki, İsrail həmişə Azərbaycanın yanında olub, onun ərazi bütövlüyünü dəstəkləyib.
İsrail səfiri Şuşada olmağından, bu tarixi şəhərə səfərindən şad olduğunun bildirib: “Bu şəhəri Qarabağın Qüdsü adlandırırlar. Qüdsdən gəlib burda olmaq şərəfdir”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}