Prezident 4 polkovnikə general-mayor rütbəsi verib

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Şəffaflıq.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə


polis polkovniki İslam Möhsüm oğlu Hümbətova


polis polkovniki Əkbər Məcid oğlu İsmayılova


polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}