Qarabağda daha iki erməni hərbçisinin meyiti tapılıb

 Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədlərinin qalıqları qarşı tərəfə təhvil verilib.
Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Meyitlər, Hadrut, Cəbrayıl, Füzuli rayonları ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 590-a çatıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}