Meksikada narkokartellərin silahlı toqquşması zamanı 35 nəfər öldürülüb

 

Meksikanın mərkəzi hissəsindəki Sakatekas ştatında “Yeni nəsil Halisko və "Sinaloa" narkokartellərinin toqquşması zamanı azı 35 nəfər həlak olub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə region hökumətindəki mənbələrə istinadən “La Jornada” qəzeti öz saytında bildirib.

Atışma San-Xuan-Kapistrano yaşayış məntəqəsində baş verib. Hadisə yerinə gələn hakimiyyət nümayəndələri yandırılmış iki pikap aşkarlayıblar.

Toqquşma iştirakçılarının tutulması haqqında məlumat yoxdur.

Meksikada hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, kriminogen vəziyyət ağır olaraq qalır. İyunun 19-da Tamaulipas ştatının Reynosa şəhərində 15 nəfər yerli sakin bir neçə silahlı hücumun qurbanı olub. İki gün sonra Quanaxuato ştatında naməlum şəxslər motosikllərin təmiri sexində toplaşan yeddi nəfəri öldürüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}