Azərbaycanın tanınmış idman ustası Babək Verdiyevlə fəxr etməliyik...

 

“Sağlam həyat sağlam idmanın nəticəsidir”. Bu deyim idman sahəsində çalışan həkimlərin apardıqları araşdırmalardan sonra özləri üçün seçdikləri devizdir. Hər gün yüksək əhval-ruhiyyədə olmaq, enerjili və sağlam həyat yaşamaq istəyənlərə həkimlərin ilk və əsas məsləhəti idmanla məşğul olmaqdır.

İdman insanın həyat tərzini müsbət və ya mənfi yöndə dəyişdirə bilən kompleks fəaliyyət sistemidir; onu tanınmış simaya çevirir, yaxud əlil edir. Ancaq həkimlər bu sahədən düzgün yararlananların heç vaxt mənfi halla üzləşmədiyini qeyd edirlər. 


İdmanın bir çox növləri var və bunların çoxu ilə Azərbaycan gəncləri də məşğul olur. Respublikamızda kifayət qədər tanınan taekvondo belə idman növlərindən biridir.

Taekvondo Koreya döyüş sənətidir. Taekvondonun xarakterik xüsusiyytələri – döyüş zamanı ayaqların əllərdən daha çox aktiv olmasındadır. Qədim zamanlarda taekvondonun əsas işi at belində olan insanı yerə salmaqdan ibarət idi. “Taekvondo” termini üç söz birləşməsindən amələ gəlib. “Taek”-ayaq, “kvon”-yumruq, “do” isə sənət, taekvondonun yolu (ayaqla əl zərbələrini məqsəd üçün yönləndirmə) deməkdir. Çxve Xon Xi-yə görə “taekvondo silahsız özünümüdafiə texnikası ilə təlqinedici məşqləri birləşdirən, həmçinin sağlamlıqla yanaşı, yalın əl və ayaqların köməyilə bir və bir neçə rəqibə təkmilləşdirilmiş zərbələr, bloklar və tullanmalar tətbiq edən bir sistemdir”.

Ölkəmizdə də geniş yayılan bu idman növü üzrə professional idmançılarımız yetişib. Bunlardan biri də haqqında bəhs edəcəyimiz Babək müəllimdir.

Babək Verdiyev 29 iyul 1979-cu ildə Kəlbəcər rayonunda anadan olub. 1985 –1996-cı illərdə Kəlbəcər rayon 26 saylı tam orta məktəbində oxuyub.

O, usaqlıq dövründə bir çox Şərq döyüs növləriylə məşğul olub. 1995-ci ildə isə bu idman növlərinin arasında taekvondoya üstünlük verib.

1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Təkmübarizlik fakültəsinə taekvondo ixtisası üzrə daxil olmuş, 2001-ci ildə bakalavr və eyni zamanda beynalxalq müalicəvi idman masajı ixtisası ilə bitirmişdir!

2001-2002-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

Babək müəllim taekvondo uzrə II Dan qara kəmər sahibidir və Azərbaycan Respublikası Taekvondo Federasiyasının tanınmış məşqçi müəllimidir.

Bir çox idman növlərində yüksək Dan sahibi, 10-cu Dan Supreme Grand Master olan Süleyman Məmmədlinin tələbəsidir.

Babək müəllim eyni zamanda öz üzərində daima çalışmaqla, həm də, Combat Taekwondo IV Dan qara kəmər, Combat Free Fighter III Dan qara kəmər, Krav Maga V Dan qara kəmər sahibi və beynalxalq dərəcəli təlimatçı statusunu qazanmışdır.

2013-cü ildən 2018-ci ilədək “Lokomotiv” İSM və “Kəlbəcər” taekvondo komandasının baş məşqçisi işləyib. Ancaq təəssüf ki, müəyyən problemlər səbəbindən hazırda bu idman klubları fəaliyyətini dayandırıb.

Ümid edirik ki, o, qarşılaşdığı bəzi çətinlikləri uğurla dəf edəcəkdir.

Azərbaycanlı, bir çox döyüş növlərindən yüksək Dan qara kəmər sahibi olan beynəlxalq dərəcəli təlimatçı Babək Verdiyev hazırda “AlpenAdler” İsveçrə milli döyüş növünü yaratmışdır. Onun bu ideyasının qısa tarixçəsi aşağıdakı kimidir.

Babək Verdiyev bildirmişdir ki, 2019-cu ildə İsveçrəyə gedib və bu səyahət onun uşaqlıq arzusu olub.
 
Səyahət zamanı o, İsveçrənin paytaxtı Bern şəhərində, həmçinin digər Lauterbrunnen, Zermat və başqa görməli, gəzməli yerlərində olub. O, orada Qızıl Qartalı da görərkən fikrində İsveçrənin təbiətinə və mədəniyyətinə uyğun bir döyüş növü yaratmağa qərar verdiyini bildirmişdir. Belə ki, o, Alp dağlarında yaşayan qızıl qartal haqqında bir çox məlumatları oxuyub öyrənəndən sonra qərara gəlib ki, yeni döyüş növünü “AlpenAdler” adlandırsın.


 Öz peşəsini sevən Babək müəllimə bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq.








 

Vahid İsmayılov, 
Yanoş Məhərrəmov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}