Millət vəkili məhkəmə sistemini tənqid edib


 

“Məhkəmə proseslərində ciddi nöqsanlar baş verir. Mənim məhkəmə hakimi, prokuror dostlarım var. Amma seçicilərin müraciətlərindən görürük ki, müəyyən işlər görülsə də, məhkəmələr hələ də düzgün işləmir. Şəxsi maraqlar çərçivəsində qərarlar verilir. Əminəm ki, burada olan deputatların əksəriyyəti məhkəmələrlə bağlı narazıdırlar, amma açıq şəkildə demirlər. Kluarlarda hər biri açıq şəkildə bunu etiraf edirlər.”

Şəffaflıq.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə deyib.

O qeyd edib ki, hər gün ona yüzlərlə video, audio, yazılı şikayətlər göndərilir: “Kimisə bunu şəxsi maraqlar naminə edir ki, məndən istifadə etsin. Mən istifadə olunan adam deyiləm. Amma insanların hüquqları pozulanda mən də onları açıq formada deyirəm”.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}