Gürcüstanda yerli seçkilərin tarixi məlum olub

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin tarixi qanunla müəyyən ediləcək.

Şəffaflıq.az xəbər verir ki, bu, ölkənin Seçki Məcəlləsinə ediləcək düzəlişlərdə əksini tapıb.

Layihəyə əsasən, yerli seçkilər oktyabr ayının ilk şənbə günü keçiriləcək. Buna müvafiq olaraq, qonşu ölkədə builki yerli seçkilər oktyabrın 2-də baş tutacaq.

Yerli seçkilərin tarixinin qanunda əks olunmasını müxalifət təklif edib və çoxluq tərəfindən dəstəklənib.

Gürcüstanın Seçki Məcəlləsinə düzəlişlər parlamentdə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}