Gömrük Əməkdaşlıq Şurasının rəhbərliyinə seçkilərin keçirilməsi nəzərdə tutulur.

Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası öz işinə başlayıb.

Şəffaflıq.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, onlayn formatda keçirilən sessiyada Azərbaycanı Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov təmsil edir.


Sessiyanın açılışında çıxış edən ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə iclasda müzakirə olunacaq məsələlər barədə məlumat verib, daha sonra isə təşkilatın baş katibi Kunio Mikuriya 2020/2021-ci illərin Strateji Planının icrası istiqamətində həyata keçirilən fəaliyyətlərə dair ən son yeniliklərlə bağlı hesabatı təqdim edib.


Üç gün davam edəcək sessiya çərçivəsində Potensialın gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər, Tarif və ticarət əlaqələri, Siyasət və idarəçilik, Büdcə və maliyyə və digər məsələlərlə bağlı müzakirələrin aparılması, eləcə də Gömrük Əməkdaşlıq Şurasının rəhbərliyinə seçkilərin keçirilməsi nəzərdə tutulur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}