Ölkə ərazisində toyların keçirilməsinə icazə verilib.

   
1 iyul 2021-ci il tarixdən ölkə ərazisində toy məclislərin keçirilməsinə rəsmən icazə verilib.
Şəffaflıq.az xəbər verir ki, bununla əlaqədar İsmayıllı Rayon İcra hakimiyyətində toplantı keçirilib. Tədbirdə İcra Hakimiyyətinin başçısı, aidiyyəti orqanların rəhbərləri və şadlıq evlərinin sahibləri iştirak ediblər.

Rayon rəhbərliyi  obyekt sahiblərinə toy şənliyinin təşkilində mövcud qaydalara  düzgün əməl edilməsini tövsiyə edib, həmçinin bildirib ki, qayda pozuntusu olarsa həm obyekt sahibi, həm də şənlik təşkil edənlər birgə məsuliyyət daşıyır.
Bunun üçün də müvafiq qrumlar daim monitorinqlər təşkil edəcəklər. İcazənin verilməsində tələb olunan qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 iyul 2021-ci il tarixli qərarında öz əksini tapıb.

Məlumat üçün bildiririk ki, 2020-ci ilin əvvəlindən həyata keçirilməyə başlanılmış vaksinasiya uğurla davam edir, bununla nəticəsində  COVİD-19 infeksiyasına yoluxma hallarının sayında əhəmiyyətli azalma və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına, eləcə də mərasimlərin keçirilməsinə şərait yaradıb.
Nazirlər Kabineti nin müvafiq qərarını təqdim edirik: 
Dəyanət İsmayılov.
İsmayıllı rayonu

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}