Macarıstan komandası “Neftçi” ilə oynamaqdan imtina edib

 

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi dəyişib.

Macarıstanın bürünc mükafatçısı olan “Fehervar” klubu zədəlilərinin çox olması ilə əlaqədar “Neftçi” ilə sınaq matçından imtina edib.
Buna görə də “ağ-qaralar” sabah Sloveniyanın digər klubu “Domjale” ilə qarşılaşacaq. “Domjale” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Sloveniyanın Kranska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan “Neftçi” toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 21-də “Kodelyevo Sport Lyublyana” stadionunda yerli “Olimpiya” klubuna qarşı keçirib (1:1). Flaqman iyunun 29-da Moskva “Spartak”ı ilə üz-üzə gələcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}