Göygöldə ahıl qadın özünü asıb

 

Göygöl rayonunda yaşlı qadın özünü asaraq intihar edib.

Şəffaflıq.az xəbər verir ki, hadisə Göygöl şəhərinin Şəhriyar küçəsində qeydə alınıb.

Tənha yaşayan rayon sakini, 75 yaşlı C.Kərimovanın yaxınları 2 gün ondan xəbər tutmayıb. Evə gələn qohumları qadını asılı vəziyyətdə görüblər.

Hadisə ilə bağlı polisə məlumat verilib, əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}