Ağsu rayonunda 5 gün öncə döyülən 14 yaşlı Nihad Məmişov xəstəxanada vəfat edib.

 

Nihad Məmişovun 14 yaşı var idi. Indi həyata əbədi olaraq gözünü yumub.

 Səbəbi nə idi? 

Əldə etdiyimiz məlumata görə o, 7 nəfər özündən 3-4 yaş böyük oğlanlara şərəf dərsi vermişdi. Yolla gedən qıza söz atmalarına dözə bilməmiş və həmin şəxslər tərəfindən döyülüb qəbirsanlığa atılmışdır. 

Bir gün ərzində ailəsi onu axtardı və qəbirstanlıqdan tapıblar. Bu gün isə o, rəhmətə getdi... 

Bununla əlaqədar, Nihad Məmişovun ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Ağsu rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

Beləliklə, şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Nihad Məmişov sifət və bədən nahiyəsindən müxtəlif dərəcəli bədən xəsarətləri almış və həmin xəsarətlər nəticəsində o stasionar müalicədə olduğu Bakı şəhər Neyrocərrahiyə xəstəxanasında ölmüşdür.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Allah rəhmət eləsin!

Ruhiyyə Abdullayeva.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}