ƏRDOĞAN ŞƏHİDLƏRİ və HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETDİ - FOTOLAR

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti Milli Məclisdən çıxdıqdan sonra Şəhidlər Xiyabanını ziyarət etdilər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ziyarətinin ardınca Prezident və digər dəyərli qonaqlar Türk Şəhidliyinin ziyarətində olublar.
1918-ci ildə Azərbaycan uğrunda canlarından keçmiş qəhrəman qardaşlarımızın adı yazılmış lövhələr üzərinə qərənfillər düzən R.T.Ərdoğan onların ruhuna dualarını dilə gətirdi.
Ərdoğan daha sonra Türkiyədən olan rəsmilərlə və mətbuat nümayəndələri ilə şəkillər çəkdirib.\
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıya səfəri çərçivəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın Fəxri Xiyabanda məzarlarını ziyarət edib.

Şəffaflıq.az
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}