İyunun 7-nə olan hava proqnozu

 

İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə iyunun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 24-28 isti, Bakıda gecə 18-20 isti, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.

Tibbi-meteoroloji proqnoz İyunun 7-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyunun 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 29-34 isti, dağlarda gecə 7-12 isti, gündüz 16-21 dərəcə isti olacaq.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}