Novxanı-Binəqədi yolunda zəncirvari qəza, yaralılar var - FOTO

Novxanı-Binəqədi yolunda ağır qəza olub.
Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, qəza Novxanı-Binəqədi avtomobil yolunun 7-ci kilometrliyində baş verib. Belə ki, hərəkətdə olan 2 "Mercedes" markalı, "Tofaş" və "Toyota" markalı avtomobillərinin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.
Qəza nəticəsində minik avtomobillərinə ciddi ziyan dəyib və 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Bir müddət yolda tıxac yaranıb.
Əraziyə yol polisinin əməkdaşları cəlb olunub və yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.

Qəzadan olan fotolar:
 
Şəffaflıq.az



 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}