Hər gün böyüyən çuxur bölgə sakinlərini təşvişə salıb.

 Meksikanın ortasında yerləşən bir kənddə ortaya çıxan və gündən-günə böyüyən çuxur bölgə sakinlərini təşvişə salıb.

Şəffaflıq.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin Puebla əyalətinin Santa Mariya Zakatepek bölgəsində meydana gələn bu çuxur bazar günü (30 may) təxminən 30 metr diametrdə idisə, bazar ertəsi (31 may) 60, çərşənbə axşamı günü 80 metrə çatıb.

Səlahiyyətlilər böyüyən çuxurun ətrafında təhlükəsizlik çəmbəri yaradıblar.

Bölgə valisi Miquel Barbosa çuxurun böyüməyə davam edəcəyini və bundan zərər görən insanlara dəstək veriləcəyini bildirib.




Torpaq araşdırmaları aparan elmi qrup tərəfindən bölgədə bir sıra işlər başlanılıb və bunun 30 günə qədər davam edə biləcəyi söylənilir. (publika.az)


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}