İsmayıllıda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub


Uşaq bağçalarında tərbiyə alan balaca fidanların və ibtidai sinif şagirdlərinin iştirakı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir rayonun Heydər Əliyev adına parkında təşkil olunub.

Şəffaflıq.az xəbər verir ki,təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı və RİH-nin məsul işçiləri İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları qonaq qismində iştirak edib.

Rayon ərazisində fəaliyyət göstərən 10 uşaq bağçasının hər birindən gələn balacalar bir-birindən maraqlı rəqslər və mahnılarla məharətlərini göstəriblər.

Bayram tədbirində iştirak edən rayonun rəhbəri uşaqları təbrik edib. Ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıb və bildirib ki, Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük həssaslıqla yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil almaqları üçün xüsusi layihələr hazırlayır. RİH başçısı qeyd edib ki, hal-hazırda gördüyünüz trenajor alətləri və basketbol səbəti Regional İnkişaf İctimai Birliyi tərəfindən İsmayıllıya hədiyyə olunub. Burada gənclər asudə vaxtlarını səmərəli keçirəcək və açıq havada idman edəcəklər.

Tədbirdən sonra uşaqlar müəllimləri ilə birgə parkında yeni quraşdırılmış atraksionlardan istifadə ediblər.

Məlumat üçün bildiririk ki, şəhid ailələrinin övladları üçün bu atraksionlar təmanasız edilib.

İsmayıllıda Heydər Əliyev parkında hal-hazırda heyran doğurucu attraksionlar, yeni trinajorlar quraşdırılıb. Parkın ətrafında isə gənc rəssamların 3d formatda çəkdikləri əsərlər insanı valeh edir.
Yenidənqurma işləri çərçivəsində parkda yeni bəzək gül kolları və ağaclar əkilir, oturacaqlar, işıq sistemi dəyişdirilir,  fəvvarədə cari təmir işləri aparılır.

Parkda olan söhbətgah tam olaraq restavrasiya olunub.


Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}