Suriyada prezident seçkiləri keçirilir


 

Bu gün Suriya Ərəb Respublikasında prezident seçkiləri keçirilir.

Şəffaflıq.az Vestu.ru-ya istinadən məlumat verir ki, 18 milyondan çox vətəndaş iradəsinin ifadə edə biləcək.

Seçki məntəqələri saat 07:00-dan 19:00-a qədər açıq olacaq.

Koronavirus infeksiyası təhlükəsini nəzərə alaraq, Suriya rəhbərliyi əvvəlcədən lazımi sanitariya və profilaktik tədbirləri görüb. Bütün ölkə vahid dairəyə daxil olduğundan, vətəndaşlar hazırda olduqları hər vilayətdə səs verə biləcəklər.

Suriyanın prezidentliyi uğrunda üç namizəd mübarizə aparır: favorit olan mövcud dövlət başçısı Bəşər Əsəd, Sosialist İttifaq partiyasından keçmiş millət vəkili Abdullah Sallum Abdullah və vətənpərvər müxalifətin nümayəndəsi Mahmud Əhməd Murai.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}