İsrail polisi Qüdsdə 10 yaşlı uşağı saxladı

 İsrail polisinin işğal altındakı Qüdsün şimalında yerləşən Beyt Hanina qəsəbəsində 10 yaşındakı bir Fələstinli uşağı nəzarətə götürdüyü ifadə edildi.
Şəffaflıq.az xəbər verirki, İşğal altındakı Şərqi Qüdsdə fəaliyyət göstərən Valley Hilve Məlumat Mərkəzi, adı açıqlanmayan bir fələstinli uşağın tutulması anının görüntülərini yayımladı.

Kadrlarda bacı-qardaşların ağlayaraq 10 yaşlı oğlan saxlanılarkən polisə buraxılmalarını xahiş edir.

Digər tərəfdən, şahidlər İsrail polisinin uşağı bir müddət polis vasitəsində saxladıqdan sonra sərbəst buraxdıqlarını ifadə etdilər.

Fələstinli uşağın niyə tutulduğu barədə məlumat verilmədi.

İşğal altındakı Qərb Şəriyə və Şərqi Qüdsdəki evlərə tez-tez basqın edən İsrail qüvvələri, Fələstinliləri müxtəlif iddialarla həbs edirlər.

Qadınlar və uşaqlar da daxil olmaqla bəzi fələstinlilər, İordan çayının qərb sahilində və Şərqi Qüdsdə adi hala çevrilən həbslərdən sonra bir neçə gündür həbs mərkəzlərində saxlanılır."YeniŞafaq"

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}