Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər və sədrlər təyin edilib - SƏRƏNCAM


Prezident İlham Əliyev Apellyasiya məhkəmələri sədrlərinin və bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Şəffaflıq.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, qərara alınır:


1. Aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin sədrləri təyin edilsinlər:


Əkbərov Mübariz Dosməmməd oğlu - Bakı Apellyasiya Məhkəməsinin sədri


Hüseynov Mirbahəddin Mirdamət oğlu - Gəncə Apellyasiya Məhkəməsinin sədri


Paşayev Tofiq Temir oğlu - Sumqayıt Apellyasiya Məhkəməsinin sədri


Quliyev Nuru Nadir oğlu - Şəki Apellyasiya Məhkəməsinin sədri


Abdullayev Vəli Əsgər oğlu - Şirvan Apellyasiya Məhkəməsinin sədri.


2. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Rəşad Şəmşir oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin.


3. Rafail Əyyub oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin.


4. Tapdıq Şükür oğlu Mahmudov Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.


5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}