Eynşteynin məşhur tənliyi əks olunan məktubu 1,2 milyon dollara satılıb - FOTO


  

Albert eynşteynin məşhur e = mc*2 tənliyini özündə əks etdirən məktubu 1,2 milyon dollardan baha qiymətə satılıb.

Şəffaflıq.az “The Guardian”-a istinadən xəbər verir ki, Eynşteynin özü tərəfindən yazılan məktub “Boston” auksion evində qiymətləndirilib.

Kaliforniya Texnologiya İnstitutu və İbrani Universitetində Eynşteinin sənədləri üzrə ixtisaslaşmış arxivşünasların dediyinə görə, Eynşteynin yazdığı sözügedən tənliyin yalnız üç nüsxəsi var.

Auksionda məktubun, təxminən 400 000 dollara satılması gözlənilirdi.

Auksionun icraçı vitse-prezidenti Bobbi Livinqstonun sözlərinə görə, bu, həm holoqrafik, həm də fizika baxımdan əhəmiyyətli bir məktubdur.

Almanca yazılmış bir səhifəlik məktub 26 oktyabr 1946-cı il tarixində polşa-amerikalı fizik, tənqidçi və alim Lüdviq Silberşteynə ünvanlanıb.

Qeyd edək ki, einsteyn məktubda ünvan sahibinə sualının e = mc*2 düsturu ilə "heç bir erudisiya olmadan" cavablandırılacağını söyləyib. O, bu sözləri prinston universitetinin blankında yazıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}