İsmayıllı Ağbulaq kəndində şəhidlərin xatirəsinə tikilən bulaq istifadəyə verilib

 İsmayıllı rayonunun Ağbulaq kəndində I və II Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Mehdiyev Ziyad Mirzə oğlu və Yusifov Ramil Mürşüd oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub. 
 Şəffaflıq.az xəbər verir ki, açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, Qoşakənd kənd Bələdiyyəsi və icra nümayəndəsi, ağsaqqallar, həmin kənd ümumi orta məktəbinin müəllim və şagirdləri, gənclər, kənd sakinləri və şəhidlərin yaxınları iştirak edib.

Mövcud karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimindəki çıxışlarda şəhidlərimizin qısa,  şərəfli həyat yolundan danışılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 günə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs olunub.Vurğulanıb ki, qəhrəman şəhid oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq. 

Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.

Bulaq kompleksinin açılışından sonra şəhid ailələri ilə görüşən rayon rəhbərliyi onların qayğıları və problemləri ilə maraqlanıb.Daha sonra hər iki şəhidin məzarı ziyarət olunaraq, gül dəstələri qoyulub və  şəhidlərin ruhuna dualar oxunulub.
Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}